...

BTC Co və "Tenqizşevroil" "Tenqiz" yatağından neft nəqli üçün ayrıca saziş imzalayacaqlar

Energetika Materials 21 İyul 2006 18:23 (UTC +04:00)

Qazaxıstanın "Tenqiz" yatağında neft hasilatı ilə məşğul olaq "Tenqizşevroil" konsorsiumuna rəhbərlik edən Amerikanın ChevronTexaco şirkəti BTC boru kəməri ilə təxminən sutkada 75 min barel neft nəql edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün mətbuat konfransında BP Azerbaijan şirkətinin başçısı Devid Vudvord bəyan edib. BP BTC Co boru kəməri şirkətinin operatorudur.

Onun sözlərinə görə, hazırda "Tenqizşevroil" konsorsiumu ilə BTC ilə neft nəqli haqqında danışıqlar aparılır. "Tenqizşevroil"lə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqli barədə ayrıca saziş imzalanacaq", - deyə o bildirib.

"Tenqiz"dən hasil edilən neft 2007-ci ildə BTC ilə nəql edilə bilər.

Bundan savayı, Chevron BTC-də 8,9%-ə, "Azəri-Çıraq-Günəşli" yatağında iş layihəsində 10,3%-ə malikdir. Chevron şirkətinin məlumatlarına görə, BTC-nin dəyəri 4,5 mlrd. ABŞ dolları təşkil edib.

Xəbər lenti

Xəbər lenti