...

AzeriFugro Agip KCO üçün laborator işlərinə başlayıb

Energetika Materials 24 İyul 2006 15:30 (UTC +04:00)

"AzeriFugro" Azərbaycan-Niderlandiya birgə müəssisəsi laborator tədqiqatların keçirilməsi üçün Xəzər dənizinin Qazaxıstan sektorunda işləyən Agip KCO-dan texniki tapşırıq alıb. Bu barədə Trend ə şirkətdən bildiriblər. İşlərin təxminən 2 ay davam edəcəyi ehtimal olunur.

Şirkət ötən il Atırau yaxınlığında şirkət mütəxəssisləri tərəfindən görülmüş işlər zamanı əldə olunmuş kern nümunələrini alıb.

İşlər tamamlandıqdan sonra məlumatlar "Agip KCO" şirkətinə təqdim olunacaq. Laborator işlərə Xəzərin Qazaxıstan şelfindəki sahil zonasında torpağın mühəndis xüsusiyyətləri üzrə tədqiqatı daxildir.

Xəbər lenti

Xəbər lenti