"Azərenerji" SC Salyanda yeni yarımstansiyanın tikintisi üzrə layihə qabağı işləri başa çatdırıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, SC-nin mətbuat xidmətindən xəbər veriblər. Bu layihə İranın Sunir şirkətilə birgə həyata keçirilir.
Yarımstansiyanın tikintisi zamanı yeni avadanlıqdan - dəmir-beton dayaqlardan istifadə olunur. Dayaqlar Tehranda və Mingəçevirdə istehsal olunur.
Hazırda İranla elektrik enerjisi mübadiləsini 700 mVt-a çatdırmaq üçün birgə layihə gerçəkləşdirilir. Həmin layihə Azərbaycan elektrik enerjisi sisteminə qış mövsümündə 400 mVt, o cümlədən Naxçıvan MR-na 150 mVt elektrik enerjisi çatdırmağa imkan verəcək. Proqrama 330 kilovoltluq Əlibayramlı İES- İmişli EÖX, ikinci İmişli - Parsabad xətti, 220 kilovoltluq Əlibayramlı İES - Salyan, Salyan - Masallı, Masallı - Astara xətləri, eləcə də "Salyan" yarımstansiyasının tikintisi və daha 4 yarımstansiyanın genişləndirilməsini nəzərdə tutur. EÖX-in ümumi uzunluğu 350 km. təşkil edir.