...

Azərbaycan Dövlət Neft Şirkəti ərazilərdən birində torpaqların təmizlənməsini başa çatdırıb

Energetika Materials 7 Avqust 2006 17:18 (UTC +04:00)

Neft və qaz hasilatı üzrə "Azneft" İstehsalat Birliyinin tərkibində yaradılmış "Azərneftekologiyaservis" İdarəsi "Balaxanıneft" neft-qaz çıxarma idarəsindəki 7-ci mədənin neftlə çirklənmiş torpaqlarının təmizlənməsini başa çatdırıb. Trend in xəbər verdiyi kimi, bu barədə Dövlət Nef t Şirkətin dən xəbər veriblər. Təmizlənmiş ərazinin ümumi sahəsi 1,1 hektardır.

Bu proses mərhələ-mərhələ həyata keçirilib. Çirklənmiş torpaqlar daşınaraq ''Binəqidineft'' NQÇi-nin ərazisindəki mexaniki təmizləmə qurğusunda rekultivasiya edilib və yenidən həmin əraziyə qaytarılıb.

Hazırda təmizlənmiş ərazidə texniki işlər həyata keçirilir, orada yaşıllıqlar salınır və suvarma işləri üçün hazırlıq işləri aparılır. Həyata keçirilmiş bütün işlər ''Azərneftekologiyaservis'' İdarəsinin öz potensialı hesabına görülüb.

Xəbər lenti

Xəbər lenti