...

Azərbaycanın mobil operatoru Azərfonun zona kodu 070 olacaq

Energetika Materials 24 Avqust 2006 15:11 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil operatora -Azərfon birgə müəssisəsinə zona kodu verib. Bu barədə Trend ə nazirlikdən bildirilib. Bu operatorun kodu -070-dir.

Azerfon-dan başqa, ölkədəki mobil rabitə operatorları zona kodu 055 olan Bakcell və zona kodu 050 olan Azərcell Telecom birgə müəssisəsidir.

Hazırda Azərfon şəxsi şəbəkəsinin genişləndirilməsi, baza stansiyalarının quraşdırılması ilə məşğul olur. Nazirliyin qiymətləndirmələrinə görə, yeni operator bu ilin payızında fəaliyyətə başlayacaq.

Azərfon BM-ə mobil rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya Rabitə Nazirliyinin 28 dekabr 2005-ci ildə keçirilmiş kollegiyasının qərarı ilə verilib. Şirkətin təsisçiləri Aztelekom İB (10%), Almaniyanın Siemens şirkəti (30%) və iki Britaniya şirkətidir (60%).

Xəbər lenti

Xəbər lenti