Avqustun 30-da bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $66,98 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,89 aşağı düşüb). Neft Ceyhan limanına Bakı-Tiflis- Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.
Trend in xəbər verdiyi kimi, avqustun 30-da bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $68,31 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,94 aşağı düşüb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.
Avqustun 30-da bir barel URAL (EX-NOIO) neftinin qiyməti $61,78 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,65 aşağı düşüb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.
Avqustun 30-da bir barel DTD neftinin qiyməti $66,92təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,25 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.
"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.