...

Azərbaycanın "Şimal" elektrik stansiyasında təmir işləri görüləcək

Energetika Materials 31 Avqust 2006 13:28 (UTC +04:00)

"Şimal" elektrik stansiyasında 400 MVt gücündə buxar-qaz qurğusu 2006-cı il sentyabrın ortalarında növbəti plan təftişi üçün dayandırılacaq. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən bildirilib.

Təmir işlərini Yaponiyanın Mitsubishi şirkəti aparacaq. Şirkətdən əvvəl bilavasitə işlər stansiyanın mütəxəssisləri tərəfindən yerinə yetiriləcək. On dörd gün ərzində qaz turbinlərinin işinin nizama salınması planlaşdırılıb. Həmçinin nasos stansiya da qaydaya salınacaq və 475 MVA transformator təmir ediləcək. Hazırda işlərin görülməsi üçün lazımi avadanlıqlar və ehtiyat hissələri alınır və işlərin həyata keçirilməsi üçün ayrılmış stansiya personalı hazırlanır.

Azərbaycan höküməti və JBİC ötən ilin may ayında "Şimal" elektrik stansiyasında ikinci buxar-qaz qurğusunun tikintisinin maliyyələşdirilməsi haqqında kredit sazişi imzalayıb. Yaponiyanın JBİC şirkəti stansiyada 400 MVt gücə malik ikinci buxar-qaz blokunun tikintisi üçün 29,28 mlrd. iyen məbləğində güzəştli kredit ayırır. Bu vəsaitlər illik 0,75%-lə 40 il müddətinə verilir. Bunun 10 ili güzəşt müddətidir. Stansiyada 400 MVt gücə malik bir buxar-qaz qurğusu var. Bu qurğunun tikintisini Yaponiyanın Mitsui/Mitsubishi şirkətlər alyansı həyata keçirib.

Xəbər lenti

Xəbər lenti