...

İsrailin GFİ şirkəti ARDNŞ-ə neft və neft məhsullarının saxtalaşdırılmasının qarşısını almaq üzrə texnologiya təklif edir

Energetika Materials 16 Sentyabr 2006 13:51 (UTC +04:00)

İsrailin GFİ şirkətinin nümayəndələri Azərbaycan Dövlət Neft Şirkətində neft və neft məhsullarının saxtalaşdırılmasının qarşısını almaq üçün onların nişanlanması üzrə yeni texnologiyanın təqdimat mərasimini keçirib. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib. Təqdimat mərasimində ARDNŞ rəhbərliyinin nümayəndələri və mütəxəsisləri iştirak edib.

Təqdimat zamanı qeyd olunub ki, dünyanın bir çox ölkələrində uğurla istifadə olunan bu texnologiya neft və neft məhsullarının keyfiyyət və kəmiyyət göstəricilərini saxlamağa, o cümlədən onların saxtalaşdırılmasının qarşısını almağa imkan verir.

Görünməyən boya ilə nişanlanmış neft və neft məhsullarının saxtalaşdırılması və nəqli zamanı GFİ şirkətinin mərkəzi sistemi avtomatik olaraq bu faktı aşkar edir və yük sahibinə lazımi məlumatı göndərir. Bu sistem həm də saxtalaşdırmanın dərəcəsini də müəyyən edə bilir.

Xəbər lenti

Xəbər lenti