...

Yanvar-avqust aylarında daxili bazarda 2,7 mln. ton neft məhsulu satılıb

Energetika Materials 19 Sentyabr 2006 19:15 (UTC +04:00)

2006-cı ilin yanvar -avqust ayları ərzində Azərbaycanın daxili bazarına təxminən 2,7 mln. ton neft məhsulu göndərilib. Trend xəbər verir ki, bu barədə ölkənin Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft məhsullarının ümumi həcmindən 440,6 min ton avtomobil benzinin payına düşüb, bu isə 2005-ci ilin analoji dövründən 13,9% çoxdur. Azərbaycanın daxili bazarında A-92 markalı 1 ton avtomobil benzininin topdan satış qiyməti (təchizat xərcləri və ƏDV nəzərə almaqla) 432,30 AZN, A-96 markasının topdan satış qiyməti isə - 484,70 AZN təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ilin yanvar-avqust ayları ərzində Azpetrol şirkəti satış üçün 237,924 min ton, LUKoil şirkəti isə - 93,40 min ton avtomobil benzini alıb.

Yanvar-avqust aylarında daxili bazarda 462,2 min ton dizel yanacağı satılıb və bu, 2005-ci ilin yanvar-avqust aylarından 10,1% azdır. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının topdan satış qiyməti (təchizat xərcləri və ƏDV nəzərə almaqla) 397,46 AZN təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ilin yanvar-avqust ayları ərzində Azpetrol şirkəti 181,18 min ton, LUKoil şirkəti- 60,54 min ton, Xəzər dəniz gəmiçiliyi isə -15,71 min ton dizel yanacağı alıb. Xəzər dəniz gəmiçiliyi həmçinin 44,71 min ton motor yanacağı və 1,32 min ton motor yağı alıb.

Daxili bazarda ən çox yanacaq mazutu satılıb. Bu ilin yanvar-avqust aylarında 1312,8 min ton mazut satılıb və bu, 2005-ci ilin yanvar-avqust aylarından 21,9% azdır. Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutunun topdan satış qiyməti (təchizat xərcləri və ƏDV nəzərə almaqla) 77,88 AZN təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust ayları ərzində Azərenerji SC 878,3 min ton, "Heydər Əliyev adına" NEZ isə -355,8 min ton yanacaq mazutu alıb.

Yanvar-avqust aylarında 341,6 min ton təyyarə yanacağı satılıb və bu, 2005-ci ilin analoji dövründən 8% azdır. Azərbaycanın daxili bazarında 1 ton təyyarə yanacağının topdan satış qiyməti (təchizat xərcləri və ƏDV nəzərə almaqla) 411,68 AZN təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust ayları ərzində AZAL DK - 314,6 min ton, qalan müəssisələr isə -27 min ton təyyarə yanacağı alıb.

Bu dövr ərzində daxili bazarda 88 min ton neft bitumu satılıb, bu isə 2005-ci ilin yanvar-avqust aylarından 59,8% çoxdur. Azərbaycanın daxili bazarında 1 ton BN 60/90 bitumunun topdan satış qiyməti (təchizat xərcləri və ƏDV nəzərə almaqla) 108,90 AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti