...

Maye qazın TRACECA ilə Avropaya nəqli üzrə layihə hazırlanır

Energetika Materials 28 Sentyabr 2006 15:27 (UTC +04:00)

TRACECA nəqliyyat dəhlizi çərçivəsində maye qazın Türkmənistan və Qazaxıstandan nəqliyyat dəhlizi marşrutu ilə Avropaya nəqli üzrə layihə hazırlanır. Bu barədə Trend ə TRACECA-dan məlumat verilib. Birinci mərhələdə qazın sisternlərdə bərələrlə nəqli nəzərdə tutulub. Sonradan bu layihənin həyata keçirilməsi üçün tanker donanmasının yaradılma ehtimalı nəzərdən keçirilə bilər.

İlk dəfə bu layihə 2006-cı il noyabrın 2-3-də İstanbulda (Türkiyə) TRACECA nəqliyyat dəhlizi ilə təhlükəli yüklərin daşınması üzrə mütəxəssis hazırlığı layihəsi çərçivəsində təqdim oulnacaq.

Bu layihənin icrası üçün Avropa komissiyasının elan etdiyi tenderin qalibi NEA (Niderland) və HPTE (Almaniya) şirkətlər alyansı olub. Azərbaycandan seminarda milli katib, Nəqliyyat Nazirliyinin nümayəndələri, dövlət və özəl yük daşıyanlar iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti