...

Gürcüstanın energetika naziri Bakıda "Şahdəniz" yatağından əlavə qaz həcminin alınması məsələsini müzakirə edəcək

Energetika Materials 10 Oktyabr 2006 14:40 (UTC +04:00)

Gürcüstanın energetika naziri Nika Gilauri bu gün Bakıya yola düşəcək. Energetika nazirinin müavini Aleko Xetaqurinin Trend in Tbilisidəki xüsusi müxbirinə verdiyi məlumata görə, səfər zamanı Gürcüstanın "Şahdəniz" yatağından əlavə qaz həcmi alması məsələsi müzakirə olunacaq.

Türkiyə texniki səbəblərə görə hələ Azərbaycan qazını qəbul edə bilmədiyini bildirdikdən sonra Gürcüstan Azərbaycanda əlavə qaz almaq istədiyini bildirib. Söhbət ilin sonunadək 300 min kubmetr qazdan gedir.

Gürcüstan Rusiya qazına alternativ olaraq, Azərbaycandan qaz almaq imkanını nəzərdən keçirir. Lakin Gürcüstanın tələbatını ödəmək üçün ildə 1,5 -2 milyard kubmetr qaz lazımdır.

A.Xetaquri bildirib ki, həmçinin qışda da Azərbaycandan elektrik enerjisi tədarükü məsələsi müzakirə olunacaq.

Elektrik enerjisi tədarükü üzrə Gürcüstanın artıq Ermənistan və İranla sazişi var. Gürcü tərəfi bölgədə enerji sisteminin paralel rejimdə işləməsi haqqında sazişi rəsmiləşdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti