2006-cı ilin yanvar-sentyabr aylarında ARDNŞ, əməliyyat şirkətləri və müştərək müəssisələr ölkənin dənizdə və quruda yerləşən yataqlarından 6 mln. 735,7 min ton neft hasil edib. Bu, 2005-ci ilin analoji dövrü ilə müqayisədə 12,6 min ton çoxdur.
ARDNŞ-dən Trend ə verilən məlumata görə, yanvar-sentyabr aylarında şirkətin NQÇİ tərəfindən dənizdə və quruda neft hasilatı 5 mln. 887,1 min ton təşkil edib ki, bu da 2005-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,2 min ton (və ya 0,2%) çoxdur.
Yanvar-sentyabr aylarında xarici şirkətlər ƏŞ və MM çərçvəsində 848,6
min ton neft istehsal edib. Bu, 2005-ci ilin həmin dövrünə olan göstəricidən 3,4 min ton (və ya 0,4%) çoxdur.
Yanvar-sentyabrda Azərbaycanda ümumi hasilat 4 mlrd 995,6 mln m3-ə bərabər olub ki, bu da ötən ilin həmin dövrü ilə müqayisədə 874,7 mln. m3 (və ya 21,2%) çoxdur. Yanvar-sentyabr aylarında ARDNŞ NQÇİ-nin payına 3 mlrd 032,72 mln m3 qaz düşüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 194,3 mln m3 çoxdur. ƏŞ və MM 2006-cı ilin yanvar-sentyabr aylarında 83,51 mln m3 qaz hasil edib. Bu, 2005-ci ilə olan göstəricidən 13 mln m3 azdır.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2006-cı ilin yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" yatağından ARDNŞ üçün 1 mlrd. 840,92 mln. m3 səmt qazı hasil edib. Bu, 2005-ci ilin yanvar-sentyabr aylarından 654,9 mln. m3 çoxdur.
Azərbaycanda 57 neft-qaz yatağı var. Bunların 18-i dənizdə, yerdə qalanları isə quruda yerləşir. Hazırda ARDNŞ əməkdaşlarının ştatı 59170 nəfər təşkil edir.
2006-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft və qaz hasilatının ümumi cədvəli:
| Neft (min ton) | Sentyabr | Avqust | Yanvar- sentyabr | ||
| 2006 | 2006 | 2006 | 2005 | % | |
| Cəmi | 750,9 | 781,3 | 6735,7 | 6723,1 | 100,2 | 
| ARDNŞ NQÇİNQÇİ | 649,7 | 677,7 | 5887,1 | 5877,9 | 100,2 | 
| MM və ƏŞŞ | 101,2 | 103,6 | 848,6 | 845,2 | 100,4 | 
| Qaz (mln. m3) | |||||
| Cəmi | 560,93 | 550,97 | 4995,60 | 4120,88 | 121,2 | 
| ARDNŞ NQÇİNQÇİ | 401,3 | 372,22 | 3032,72 | 2838,37 | 106,8 | 
| MM və ƏŞŞ | 8,16 | 9,00 | 83,51 | 96,49 | 86,5 | 
| ABƏŞ (ARDNŞ üçün)(ARDNŞ üçün) | 151,46 | 168,81 | 1840,92 | 1186,02 | 155,2 | 
