"Şimal" elektrik stansiyasında 400 MVt gücə malik ikinci buxar-qaz qurğusunun tikinti layihəsi çərçivəsində "Azərenerji" səhmdar cəmiyyətinə bu layihə üçün kredit ayırmış Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) maliyyə aspektlərini konkretləşdirməyə imkan verəcək ətraflı araşdırma aparmaq niyyətindədir. Trend xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin mətbuat xidmətindən məlumat verilib. Bankın missiyasına beynəlxalq əlaqələr idarəsinin direktoru Toşiyuki Kataqiri başçılıq edib.
Bu məqsədlə il ərzində Yaponiyanın üç missiyası təşkil olunacaq. Onlardan birincisi artıq Bakıda olub və müvafiq danışıqlar aparıb. O, həmçinin 2002-ci ildə "Şimal" elektrik stansiyasında istismara verilmiş birinci buxar-qaz qurğusunun fəaliyyəti ilə tanış olub.
Güman edilir ki, bankın yanvar və may missiyalarının yekunları üzrə qiymətləndirmə hesabatı 2007-ci ilin yayında hazırlanacaq.
Bakıda olan bankın missiyası blokda qəza vəziyyətləri ilə bağlı məsələlərlə, onlarda insan amilinin rolu, eləcə də plan və fövqəladə müfəttişliklər proseduru ilə tanış olub. Belə tədbirlər əsasən bank nümayəndələri tərəfindən yüksək qiymət verilən yerli mühəndis və texniklər tərəfindən həyata keçirilir.
Buxar-qaz qurğusunun texniki-iqtisadi göstəricilərinə böyük diqqət verilib. Təsdiq edilib ki, qurğu ümumilikdə sabit və etibarlı şəkildə işləyir, elektrik enerjisinin hasilatı və elektrik enerji istehsalına yanacaq sərfinin real göstəriciləri plan tələbatlarına qoyulmuş və nəzərdə tutulan göstəricilərdən hiss olunacaq dərəcədə yaxşıdır.