...

Türkiyə, Azərbaycan və Gürcüstanın energetika nazirlərinin görüşünün təşkili üçün 18 min lari ayrılıb

Energetika Materials 7 Dekabr 2006 16:37 (UTC +04:00)

Azərbaycanın, Gürcüstanın energetika nazirlərinin və Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin Gürcüstanda keçiriləcək görüşünün təşkili üçün 18 min lari ayrılıb. Gürcüstan hökuməti aparatından Trend in müxbirinə verilən məlumatda deyilir ki, bu barədə göstəriş artıq Gürcüstanın baş naziri Zurab Noqaideli tərəfindən imzalanıb.

Ümumi məbləğin 5,3 min larisi qonaqların mehmanxanada yerləşdirilməsinə, 5 min lari - qonaqlara hədiyyələr üçün, 1,2 min lari üç ölkənin energetika nazirlərinin görüşü keçiriləcək zalın icarəsinə xərclənəcək, nəqliyyat xərcləri 1,5 min lari, 3 min lari isə nəzərdə tutulmayan digər xərclər təşkil edir.

Gürcüstan, Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü Tbilisidə dekabrın 8-9-na planlaşdırılıb. Həmin görüşdə "Şahdəniz" yatağından Gürcüstana qaz tədarük edilməsi məsələsi də həll olunacaq.

7 dekabr tarixi üçün larinin Azərbaycan manatına məzənnəsi 0,5057 təşkil edir.

Xəbər lenti

Xəbər lenti