...

Nazir – Türkiyənin "Şah dəniz" Azərbaycan yatağındakı payının bir hissəsi Gürcüstana veriləcək

Energetika Materials 19 Dekabr 2006 10:10 (UTC +04:00)

ATV telekanalına istinadən Trend xəbər verir ki, Türkiyənin sənaye və ticarət naziri Əli Coşğunla görüş zamanı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki: "Qışda Gürcüstanın problemlərlə rastlaşmaması üçün Türkiyənin "Şah dəniz" Azərbaycan yatağındakı payının bir hissəsi Gürcüstana veriləcək".

Nazir deyib: "Bu məsələ ilə bağlı danışıqlar aparılır. Türkiyənin "BOTAS" şirkəti ilə mövcud razılaşma hüquqi cəhətdən təkrar nəzərdən keçirilir".

"Şah dəniz" yatağında Türkiyənin payı olan təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyə arasında paylaşdırılması ilə bağlı məsələ ilə əlaqədar yekun razılaşma və müqavilənin bağlanması üçün çox sayda hüquqi məsələlər həll edilməlidir.

Əvvəl bağlanmış müqaviləyə görə 2007-ci ildə Türkiyəyə çatacaq 2,82 mlrd.m3 həcmdə qazın paylaşdırılması üçün tərəflər razılaşma imzalamalıdırlar.

Xəbər lenti

Xəbər lenti