...

"AzQerneft" birgə müəssisəsi tender elan edib

Energetika Materials 22 Dekabr 2006 16:19 (UTC +04:00)

"AzQerneft" birgə müəssisəsi 2007-ci ildə ştanqa dərinlik nasoslarının bərpa edilməsi (köhnəlmiş silindirlərin azotizasiyası) və təmir üçün tender elan edib. Trend xəbər verir ki, ümumilikdə 753 adda müxtəlif avadanlıq alınması nəzərdə tutulur.

Tenderin şərtlərinə uyğun olaraq avadanlıq tədarükçüsü kontrakt imzalandığı andan alıcının tələbatı çərçivəsində avadanlıq tədarükünü həyata keçirməlidir. Tədarük edilmiş avadanlığın ödənilməsi il ərzində hissələrlə həyata keçiriləcək. Tender təklifləri 2007-ci il 9 fevraldan gec olmayaraq qəbul ediləcək. Tender təkliflərinin açılışı isə 2007-ci il fevralın 12-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti