...

Azərbaycanda MDB-də ən böyük buxar-qaz qurğusunun tikintisi başa çatır

Energetika Materials 12 Yanvar 2007 13:51 (UTC +04:00)

506 MVt gücə malik müasir buxar-qaz qurğusu inşa edilən Sumqayıt elektrik stansiyasında tikinti işləri başa çatır. Trend xəbər verir ki, bu barədə cümə günü "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Yaxın vaxtlarda bu layihə üzrə avadanlığın montajı başlayacaq.

Hazırda soyutma üçün istifadə olunan suyun əldə olunması üçün Xəzər dənizinin sahilində artıq suburaxıcı stansiya tikilib. Böyük diametrli təxminən 3 kilometr boru çəkilib. Bu boru kəmərinin tikintisi zamanı indiyədək Azərbaycanda tətbiq olunmayan yeni borulardan (şüşə-lif plastik kütlədən) istifadə olunub. Əvvəl BQQ-nin tikinti yerində yerləşən YEM-də köhnə avadanlığın demontajının böyük həcmi başa çatıb.

Buxar-qaz qurğusunun tikinti layihəsinin dəyəri 257 mln. avro məbləğində dəyərləndirilir. Bu layihənin maliyyələşdirilməsi üzrə kreditin ayrılması üçün saziş Bayern LB bank (Almaniya), Societe de General (Fransa) və BNP Paribas (Fransa) ilə imzalanıb. Hər üç bank Libor+0,55% kredit faizi ilə 15 il müddətinə (ilk üç il güzəştlidir) bərabər pay ayıracaq. Bu layihə çərçivəsində həmçinin 107 km yüksəkvoltlu elektrik ötürücü xətlərin tikintisi nəzərdə tutulub. Həmçinin elektrik stansiyasına qazın verilməsi üçün qaz kəmərinin tikintisi həyata keçiriləcək. Onun dəyəri 30 mln. avro məbləğində qiymətləndirilir.

"Azərenerji" SC Sumqayıtda buxar-qaz elektrik stansiyasının tikintisi üçün Almaniyanın Siemens şirkəti ilə saziş imzalayıb. Müqavilə Sumqayıt elektrik stansiyasının ərazisində 506 MVt gücə malik buxar-qaz qurğusunun tam şəkildə tikintisini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti