...

Azərbaycan 2006-cı ildə daxili bazarda neft məhsulları satışı həcmini elan edib

Energetika Materials 23 Yanvar 2007 16:17 (UTC +04:00)

2006-cı il ərzində Azərbaycanın daxili bazarına 4,2 mln. tona yaxın neft məhsulları buraxılıb. Trend in verdiyi xəbərə görə, bu barədə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Neft məhsullarının ümumi həcminin 722,2 min tonu avtomobil benzinin payına düşür ki, bu 2005-ci ilin analoji dövründən 18,4% çoxdur. Bu barədə Dövlət Statistika komitəsindən xəbər veriblər. Azərbaycanın daxili bazarında (təhciz sərfiyyatı və ƏDV da daxil olmaqla) A-92 markalı avtomobil benzininin 1 tonunun dəyəri 432,30 AZN, A-96-nın isə dəyəri 484,70 AZN-dir.

Dövlət Statistika komitəsinin məlumatına görə, 2006-cı ildə Azpetrol Azərbaycan satış üçün 397,21 min ton, LUKoil isə 142, 99 min ton avtomobil benzini alıb. 2006-cı ildə daxili bazarda 725,4 min ton dizel yanacağı satılıb ki, bu da 2005-ci ildən 16,2% azdır. 2006-cı ildə Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının topdan satış dəyəri (təhciz sərfiyyatı və ƏDV də daxil olmaqla) 397,46 AZN olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azretrol 2006-cı il ərzində 282,9 min ton, LUKOYL 92,12 min ton, Xəzər Dəmir Gəmiçiliyi 26,11 min ton dizel yanacağı alıb. Xəzər Gəmiçiliyi 67,97 min ton motor yanacağı və 1,84 min ton mühərrik yağı alıb. Hər şeydən çox daxili bazarda yanacaq mazutu satılıb. Ötən il 1965,2 min ton qara neft məhsulu satılıb ki, bu 2005-ci ildən 24,8% azdır. Azərbaycanın daxili bazarında m-40 mazutunun bir tonunun topdansatış dəyəri (təhciz sərfiyyatı və ƏDV də daxil olmaqla) 77,88 AZNdir. Dövlət Stataistika Komitəsinin məlumatına görə, 2006-cı il ərzində Azərenerji SC 1261,6 mi

n ton, "Heydər Əliyev adına" NEZ-sə 595,45 min ton yanacaq mazutu alıb. 2006-cı ildə 519,7 min ton aviasiya nefti satılıb ki, bu 2005-ci ildən 12,1% azdır. Azərbaycanın daxili bazarında aviasiya neftinin 1 tonunun dəyəri (təhciz sərfiyyatı və ƏDV də daxil olmaqla) 411,68 AZN-dir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı il ərzində AZAL DŞ 480,7 min ton, qalan müəssisələr isə 38,97 min ton aviasiya nefti alıb. Bu dövrdə daxili bazarda 143,4 min ton neftbitum satılıb ki, bu da 2005-ci ildən 48,1% çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 bitumunun bir tonunun topdansatış qiyməti (təhciz sərfiyyatı və ƏDV də daxil olmaqla) 108,90 AZN-dir.

Ötən il ərzində Azərbaycan nəqliyyat nazirliyi 58,79 min ton bu növ neft məhsulu alıb.

2007-ci ilin 8 yanvarında daxili bazarda benzin, aviasiya kerosini və dizel yanacağının satış qiyməti dəyişdirilib.

Xəbər lenti

Xəbər lenti