...

Azərbaycan elektrik obyektlərinin yaradılmasını davam etdirir

Energetika Materials 28 Fevral 2007 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend S.Əliyev/ Bu ilin sonu - növbəti ilin əvvəli Sumaqayıtda 517 MVt gücündə bütün MDB ərazisində analoqu olmayan buxar - qaz qurğusu fəaliyyətə başlayacaq. Bu barədə məlumatı "Azərenerji" SC-nin mətbuat xidməti cəmiyyətin sədri Etibar Pirverdiyevə istinadən verib. Bu elektrik stansiyasını alman şirkəti Siemens quraşdıracaq.

Bununla Azərbaycanda yeni elektrik obyektlərinin yaradılması modul elektrik stansiyalarının tikintisi ilə yekunlaşmır.

Bu il həmçinin Sanqaçalda 300 MVt gücündə modul elektrik stansiyasının tikintisinə başlanılıb. Həm qaz, həm də mazutla işləyəcək bu elektrik stansiyasını fin şirkəti olan Wartsila quraşdıracaq.

Eyni zamanda bu ilin sonuna qədər "Şimal" elektrik stansiyasında 400 MVt gücündə olacaq ikinci buxar - qaz qurğusunun da tikintisi planlaşdırılır. Hazırda bu layihə üzrə martda başa çatacaq tender elan edilib.

Xəbər lenti

Xəbər lenti