...

Macarıstan Azərbaycanla neft-qaz layihələri üzrə intensiv danışıqlara başlamaq niyyətindədir

Energetika Materials 7 Mart 2007 16:31 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Rəsmi Budapeşt Azərbaycan, Qazaxıstan və Türkmənistanla neft və qazın bu ölkələrdən idxalı ilə bağlı intensiv danışıqlara başlamaq niyyətindədir. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşdə Macarıstanın Türkiyə və Azərbaycandakı səfiri İstvan Szabo bəyan edib.

Tərəflər Azərbaycanın mövcud sənaye potensialını və bu prosesdə Macarıstan investorlarının iştirakını müzakirə edib. Nazirin sözlərinə görə, hazırda Macarıstan investorları ilə bəzi layihələrin müzakirəsi üçün real imkan var.

Görüşdə Azərbaycanın sənaye və energetika nazirinin iyunda Macarıstana səfəri barədə ilkin razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti