Azərbaycan,Bakı/müxbir Trend N.Kirtsxalia/Gürcüstan Cənubi Qafqaz boru kəməri vasitəsilə "Şahdəniz" yatağından qazın əldə olunmasını martın 15-də bərpa edəcək. Bu baradə Trend in xüsusi müxbirinə Gürcüstanın energetika naziri Nika Qilauri məlumat verib.
O, bu yataqdan Gürcüstanın əldə edəcəyi sutkalıq qaz həcmini dəqiqləşdirməyib.
"Şahdəniz" yatağından Gürcüstana qazın verilməsi yanvarın ikinci ongünlüyündə yatağın birinci quyusunda texniki problemlərlə bağlı dayandırılmışdır.
"Şahdəniz" layihəsində 2007-ci ildə Gürcüstanın kvotası 250 milyon kub metr təşkil edir (1000 kub metrə 62 dollar qiymətlə). Gürcüstan bu il həmçinin Türkiyə kvotasından 800 milyon kub metr qaz əldə etməyi gözləyir (qiymət hələ dəqiqləşdirilməyib).
Müqaviləyə əsasən, aprelin 1-nə qədər Gürcüstan Azərbaycandan "Qardabani-Qaradağ" boru kəməri vasitəsilə orta hesabla 100 kub metrə görə 120 dollar qiymətlə sutkada 1,3 milyon kub metr təbii qaz alacaq.