...

Bakıda ekologiya üzrə beynəlxalq olimpiada keçirilib

Energetika Materials 6 Aprel 2007 17:24 (UTC +04:00)
Bakıda ekologiya üzrə beynəlxalq olimpiada keçirilib

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Bu gün Bakıda ətraf mühitin mühafizəsi üzrə layihələrin beynəlxalq olimpiadası INEPO EUROASIA keçirilib. Olimpiadanın təşkilatçıları kimi Azərbacyan Dövlət Neft Şirkəti (ADNŞ), ekologiya və təbii sərvətlər, təhsil və fövqəladə hallar nazirlikləri, həmçinin Cag çıxış edib.

Olimpiadanın keçirilməsinin məqsədi Azərbaycanda və dünyada artan ekoloji problemlərlə bağlı məsələlərin həlli, gənc nəslin ətraf mühitin mühafizəsi və saxlanması mövzusunda maarifləndirilməsi, məktəblilər arasında ekoloji düşüncənin inkişafı, təbii, mədəni və sosial-estetik dəyərlərin müdafiəsidir. Olimpiadada dünyanın 17 ölkəsi - Azərbaycan, Türkiyə, Əfqanıstan, İraq, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Rusiya, Albaniya, Nigeriya, Rumıniya, Pakistan, Moldova, Hindistan, İndoneziya, Ukrayna və Tacikitsandan olan məktəblilər iştirak edib. Olimpiadada iştirak üçün 203 layihədən biologiya, kimya, sosiologiya, fizika üzrə 50 layihə seçilib.

Mükafat yerlərini tutmuş görüş iştirakçılarına mükafatlar təqdim olunub. Mükafat yerlərini tutan Azərbaycan komandalarına ADNŞ tərəfindən mükafatlar təqdim olunub.

Tədbir Azərbaycan prezidentinin "Əhalinin ekoloji tədrisi və maarifləndirilməsi haqqında", "Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması haqqında" sərəncamları, 2006-2010-cu illər üçün Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə təsdiq olunmuş tədbirlər planı və 2007-ci ilin "Gənclər ili" elan olunması ilə bağlı göstərişinə əsasən həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti