...

Azərbaycan və Rusiya elektrik enerjisi mübadiləsi mövzusunda danışıqlar aparır

Energetika Materials 9 Aprel 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend S.Əliyev/ Sabah Moskvada Azərbaycan və Rusiya arasında elektrik enerjisinin idxal-ixracının barpa edilməsi (yenidən başlanması) mövzusunda danışıqlar keçiriləcək. Bu barədə məlumatı bazar ertəsi "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov verib.

Onun sözlərinə görə, qarşıdakı danışıqlarda birgə iş sisteminin bərpa edilməsi üzrə müqavilə razılıq əldə olunacağı güman edilir.

Hazırda Azarbaycan və Rusiya arasında enerji mübadiləsi razılaşdırılmış qiymətdə davam etdirilir. Rusiyadan alınan elektrik enerjisi həmin miqdarda qaytarılır.

Elektrik enerjisinin tədarükü üzrə mövcud razılaşma (müqavilə) bütünlüklə 2007-ci ilə hesablanıb. Rusiyadan Azərbaycana elektrik enerjisinin idxalı ilk ongünlükdə 2006-cı ilin tariflərinə əsasən həyata keçirilir - 1 kVt/s. 3.636 manat.

Azərbaycan elektrik enerjisinin Rusiya üçün satışı 1 kVt/s.-a 1,58 manatdan 1,8 manatadək artırılıb. Azərbaycanda elektrik enerjisinin qıt olduğu pik saatlarında (gecə saat 5 radələrində) Rusiya Azərbaycana 200-250 MVT gücündə elektrik enerjisi ötürüb.

Xəbər lenti

Xəbər lenti