...

"bp Azerbaijan"nın sabiq prezidenti böyük enerji şirkətinin Direktorlar Şurasının üzvü seçilib

Energetika Materials 17 Aprel 2007 10:51 (UTC +04:00)
"bp Azerbaijan"nın sabiq prezidenti böyük enerji şirkətinin Direktorlar Şurasının üzvü seçilib

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ "bp Azerbaijan"nın sabiq prezidenti Devid Vudvord "John Wood Group PLC" şirkətinin Direktorlar Şurasının üzvü seçilib. Bu barədə "John Wood Group"dan məlumat verilib.

Vudvord "bp"də 36 illik iş təcrübəsinə malikdir. "bp Azerbaijan"nın prezidenti təyin edilməzdən öncə o Moskva, Alyaska, Əbu-Dabi və digər yerlərdə rəhbər vəzifələrdə çalışıb.

"John Wood Group"un prezidenti Yan Vud bildirib ki, Vudvordun şirkətin Direktorlar Şurasına üzv sesilməsi şirkətin inkişafına böyük təkan verəcək. Öz növbəsində Vudvord "John Wood Group"la çoxdan tanış olduğunu və onun inkişafı üçün çalışmağa hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, beynəlxalq enerji xidməti şirkəti olan "John Wood Group"un illik gəlirləri 3,5 milyard dollara çatır. Şirkətdə 20 minədək adam çalışır. Dünyanın 44 ölkəsində nümayəndəliklərə malik olan şirkət mühəndislik və istehsalat, quyuların qazılması və qaz turbinlərə xidmət sahəsində çalışır.

Xəbər lenti

Xəbər lenti