...

BP Azərbaycan yatağında qazma öncəsi proqramı başa çatdırıb

Energetika Materials 18 Aprel 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Dədə Qorqud" qazma qurğusundan "Günəşli" yatağının dərinsulu hissəsində qazma öncəsi proqram başa çatdırılıb. Bu barədə çərşənbə günü "Azəri-Çıraq-Günəşli" yatağının işlənilməsi üzrə layihə operatoru BP-Azerbaijan şirkətindən bildiriblər.

Proqram özündə 8 quyunun qazılmasını əhat ə edirdi ki, bunların da yeddisi hasilat üçün, biri isə qazma şlamının təkrar vurulması üçün istifadə olunacaq.

Bu quyuların yaxınlığında platformanın dayaq piltələrindən suyun vurulması üçün 10 sualtı quyunun qazılması da layihəyə daxildir.

"Azəri-Çıraq-Günəşli" üzrə PSA razılaşması 1994-cü ilin sentyabırında bağlanılıb. Razılaşma 30 il ərzində yataqda işləri nəzərdə tutur. Aparılan qiymətləndirməyə əsasən, bu müddət ərzində 5,4 mlrd. barel neftin hasil olunacağı göstərilir.

Xəbər lenti

Xəbər lenti