...

Azərbaycanda neft-qaz sahəsində simulyatorlar mərkəzi yaradıla bilər

Energetika Materials 20 Aprel 2007 18:26 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycan Dövlət Neft Şirkəti neft-qaz sahəsində stimulyatorlar mərkəzinin yaradılmasına böyük maraq göstərir. Bu barədə ADNŞ prezidenti Rövnəq Abdullayev GSE Systems (Global Simulation and Engineering of USA) şirkətinin birinci vitse-prezidenti Xel Peris və universitet proqramları üzrə direktoru Maykl Krauzenlə görüşdə məlumat verib.

R.Abdullayev qeyd edib ki, birinci mərhələdə bu mərkəzdə ADNŞ əməkdaşları və Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri təlim keçəcək. Gələcəkdə bu mərkəzdə dünyanın digər ölkələrindən olan müətəxəssislər təlim keçə bilər.

Bu şirkət respublikanın peşəkar təlim sistemində iştiraka marağını bildirir.

ADNŞ prezidenti vurğulayıb ki, simulyatorlar mərkəzinin yaradılması şirkətin 40 mindən çox ştata malik işçilərinin ixtisasının artırılması, hər il yeniləşən texnika və texnologiyaların mənimsənilməsi və idarə olunmasında böyük əhəmiyyətə malikdir.

Amerika şirkətinin nümayəndələri qeyd edib ki, ADNŞ-in peşəkar tədris mərkəzi ilə tanış olub və hesab edirlər ki, simulyator tədris mərkəzinin yaradılması bu tədris müəssisəsinin nəzdində mümkündür.

GSE Systems rəhbərlərinin sözlərinə görə, əgər Dövlət Neft Şirkəti Azərbaycanda stimulyatorlar mərkəzinin yaradılması barədə qərar qəbul etsə, Amerika şirkəti mərkəzi ən müasir texnologiya və tədris materialları ilə təchiz edəcək.

Xəbər lenti

Xəbər lenti