...

RAO "EES Rossii" ilə "Azərenerji" Bakıda enerji mübadiləsinin bərpasını müzakirə edəcəklər

Energetika Materials 25 Aprel 2007 12:47 (UTC +04:00)
RAO "EES Rossii" ilə "Azərenerji" Bakıda enerji mübadiləsinin bərpasını müzakirə edəcəklər

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Aprelin 26-27-də RAO "EES Rossii" şirkəti nümayəndələrinin Bakıya səfər edəcəyi gözlənilir. Məqsəd Rusiya ilə Azərbaycan arasında elektrik enerjisi mübadiləsinin bərpası ilə bağlı danışıqları aparmaqdır. Bu barədə çərşənbə günü məlumat verən "Azərenerji" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov bildirib ki, yeni müqavilə əsasında iş mayın 1-dən sonra başlayacaq.

Hazırda Rusiya ilə Azərbaycan arasında enerji mübadiləsi sıfır səviyyəsində davam etdirilir. Əsgərovun sözlərinə görə, enerji mübadiləsi zamanı ötürülən enerjinin həcmləri saxlanılır. Yəni Rusiyadan alınan enerji eyni həcmdə qeyri qaytarılır.

Enerji mübadiləsi ilə bağlı mövcud razılaşma 2007-ci ilin sonunadək nəzərdə tutulur. Lakin tariflər yalnız birinci rüb üçün həll edilib. Rusiyadan Azərbaycana birinci rübdə enerji 2006-cı ildəki tariflərlə (1 kVt/s üçün 3,636 sent) idxal olunub. Azərbaycanın Rusiyaya satdığı enerjiinin qiyməti isə 1,58 sentdən (1 kVt/s) 1,8-dək artırılıb.

Xəbər lenti

Xəbər lenti