...

Belarus müəssisələri Azərbaycanda öz filiallarını açmaq niyyətindədir

Energetika Materials 3 May 2007 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Belarus Azərbaycanla kənd təsərrüfatı texnikasının istehsalı, avtomobil sənayesi və radioelektronika sahəsində əməkdaşlığa maraq göstərir. Bu barədə cümə axşamı Azərbaycanın Sənaye və Energetika Nazirliyində keçirilən görüşdə Belarusun sənaye naziri Anatoli Ruseçki məlumat verib.

Nazirin sözlərinə görə, bəzi Belarus şirkətləri Azərbaycanda filiallarını açmaq niyyətindədir. O həmçinin müzakirə üçün Azərbaycan tərəfinə konkret layihələr təqdim edib və danışıqları Minskdə davam etdirməyi təklif edib.

Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov isə qeyd edib ki, Azərbaycanla Belarus MDB-də sənaye inkişafının dinamikası üzrə liderlik edirlər. Onun sözlərinə görə, Azərbaycanla Belarus arasında ikitərəfli danışıqlar davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti