...

Nazir: "Azərbaycan qaz idxalının gecikdirilməsi ilə bağlı Türkiyəyə qarşı cərimə irəli sürməyəcək"

Energetika Materials 21 May 2007 14:45 (UTC +04:00)
Nazir: "Azərbaycan qaz idxalının gecikdirilməsi ilə bağlı Türkiyəyə qarşı cərimə irəli sürməyəcək"

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycan Cənubi Qafqaz qaz kəmərilə qaz idxalının gecikdirilməsi ilə əlaqədar Türkiyəyə cərimə sanksiyaları tətbiq etməyəcək. Bazar ertəsi bu fikirlə çıxış edən sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, heç bir cərimə sanksiyası nəzərdə tutulmayıb.

Cənubi Qafqaz kəməri vasitəsilə "Şah dəniz" yatağından hasil olunan qaz hazırda Azərbaycan və Türkiyə üçün tədarük olunur. Türkiyənin "BOTAS" şirkəti isə Türkiyə-Gürcüstan sərhədində yerləşən qaz qeydiyyatı mərkəzində sınaq işləri aparır. İşlər Cənubi Qafqaz kəməri ilə "Şah dəniz" qazının Türkiyəyə idxalı üçün həyata keçirilir.

Nazir bildirib: "Şah dəniz" layihəsi və Cənubi Qafqaz kəməri üzrə tərəfdaşlar kəmərin Türkiyə hissəsi hazır olduqdan sonra, daxil olacaq sorğu əsasında qaz tədarükünə başlamağa hazırdırlar".

"Şah dəniz" layihəsinin işlənilməsi barədə razılaşma 4 iyun 1996-cı ildə imzalanıb. Müqavilənin iştirakçıları: "BP" (operator) -25,5 faiz, "Statoil" - 25,5 faiz, "NICO" - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, "TPAO" - 9 faiz və 10 faizlə "ARDNŞ"dir.

"Azərbaycan "Şah dəniz" yatağından Türkiyə və Gürcüstan üçün nəzərdə tutulmuş qazdan əlavə qaz almağa hazırdı. Ölkənin buna tələbatı var" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti