...

"ExxonMobil"in eksperti: "2030-cu ilədək qazın dünya bazarlarına çatdırılması xüsusən Rusiya və Xəzər regionunun hesabına artacaq"

Energetika Materials 22 May 2007 13:15 (UTC +04:00)

Astana, Qazaxıstan /müx. Trend K.Konırova/ 2030-cu ilədək dünya bazarlarına təbii qazın çatdırılması artacaq. Bu, əsasən Rusiya və Xəzər bölgəsi hesabına baş verəcək. Bu sözləri Astanada ABŞ-ın "ExxonMobil" şirkətinin eksperti Skott Nauman deyib.

"2030-cu ilədək dünyanın bütün regionlarında elektrik enerjisi hasilatı və digər məqsədlər üçün təbii qaza olan tələbat artacaq" - deyə Nauman bildirib.

Onun sözlərinə görə, 2030-cu ilədək Qərbi Avropanın yataqlarında hasilat səviyyəsinin xeyli azalacağı gözlənilir.

"Artan tələbatı ödəmək üçün boru kəmərlərlə ötürülən qazın həcmi qəfil aratacaq. Bu, əsasən Rusiya və Xəzər regionundan gələn qaza aiddir" - deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, Azərbaycan "Şahdəniz" yatağından hasil edilən qazın Gürcüstan və Türkiyəyə ixracı üçün nəzərdə tutulan Cənubi-Qafqaz qaz kəmərinin tikintisini artıq yekunlaşdırıb.

Transxəzər qaz kəmərinin tikintisindən və onun Cənubi-Qafqaz qaz kəmərinə qoşulmasından sonra sonuncu ilə Qazaxıstan və Türkmənistan qazı Avropa bazarlarına ötürüləcək. Transxəzər kəmərinin illik ötürücülük qabiliyyəti 20 mlrd. kubmetr təşkil edə bilər.

Xəbər lenti

Xəbər lenti