...

Azərbaycan və Gürcüstan EÖX-lərin yenidən qurulmasının mümkünlüyünü müzakirə edəcək

Energetika Materials 26 May 2007 14:49 (UTC +04:00)
Azərbaycan və Gürcüstan EÖX-lərin yenidən qurulmasının mümkünlüyünü müzakirə edəcək

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan və Gürcüstan elektrik ötürücü xətlərinin (EÖX) yenidən qurulmasının mümkünlüyünü müzakirə edəcək. Azərbaycan, Gürcüstan və Türkiyə enerji sistemlərinin sinxronlaşdırılımasının bir hissəsi olacaq bu işlər ilkin mərhələdə yalnız Azərbaycan və Gürcüstan arasında aparılacaq. Bu barədə məlumatı "Azərenerji" SC-nin prezidenti Etibar Pirverdiyev verib.

Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirmək üçün 500 kV-luq elelktrik ötürücü xəttinin çəkilməsi lazımdır. Layihə çərçivəsində Azərbaycan ərazisinə düşən 40 faiz xətt təmir olunmalıdır.

Gürcüstanda isə xəttin 90 faizini təmir etmək tələb olunur. Məlumatlar müvafiq şəbəkələrdə aparılmış monitorinqlər nəticəsində əldə olunub.

Türkiyə ərazisində bu EÖX üçün tələb olunan komponentlər mövcud deyil.

Xəttin çəkilməsi üç ölkənin enerji sistemlərini birləşdirməyə, həmçinin Avropa enerji sisteminə çıxmağa da imkan verəcək.

Bu xəttin çəkilməsi barədə sənəd Azərbaycan, Gürcüstan prezidentləri və Türkiyə baş nazirinin fevralın 7-də Tiflisdə keçirilən görüşündə imzalanıb.

Layihənin dəyərinin müəyyənləşdirlməsi üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır.

Xəbər lenti

Xəbər lenti