...

Chevron Azərbaycanda hasil etdiyi neftin həcmini açıqlayıb

Energetika Materials 31 May 2007 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 2006-cı ildə Chevron Amerikan şirkətinin payına düşən hasilat neft ekvivalenti ilə 47 min barel təşkil edib. Şirkətin yaydığı məlumatda bu göstəricinin 2005-ci ildə neft ekvivalenti ilə 13 min barel olduğu bildirilib.

Chevron Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yatağının tam həcmlə işlənilməsi layihəsində 10 faiz, Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri üzrə isə 8,9 faiz iştirak payına malikdir.

Qazaxıstanda Chevron şirkətinin payına düşən hasilat isə 62 min. barel təşkil edib. 2005-ci ildə bu göstərici neft ekvivalenti ilə 61 min barel olub.

Xəbər lenti

Xəbər lenti