Azərbaycan, Bakı /müxbir Trend /Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) istismar quyularının fondu (birgə müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 1 iyuna əsasən, 6158 ədəd təşkil edib (1 maya əsasən - 6146). Bu barədə cümə günü ADNŞ-dən məlumat verilib.
Ümumi saydan 4893 quyu (1 maya əsasən, 4879) fəaliyyətdə olan fondda, 1253 quyu (1 maya əsasən, 1255) fəaliyyətdə olmayan fonddadır. 12 quyu (1 maya əsasən, 12) mənimsənilməkdədir.