Azərbaycan, Bakı/ Trend / 2007-ci ilin yanvar-may aylarında Azərbaycanın neft emalı zavodlarında neft emalının ümumi həcmi 3297,14 min ton təşkil edib ki, bu da praktiki cəhətdən ötən ilin müvafiq dövründə olan göstərici ilə eynidir. Bu barədə məlumatı Dövlət Neft Şirkətindən veriblər.
Emal olunmuş neftin ümumi həcminin 2101,0 min tonu "H.Əliyev adına" Baki NEZ və 1196,14 min tonu "Azneftyağ" NEZ-in payına düşüb. Neft emalının həcmi ötən illə müqayisədə "H.Əliyev adına" Bakı NEZ-də 510,52 min ton artıb, "Azneftyağ" NEZ-də isə 510,98 min ton azalıb.
2007-ci ilin yanvar-may aylarında Azərbaycanda neft emalı və neftməhsullarının istehsalı:
may | Yanvar-may | Yanvar- may 2006 | Dəyişiklik tempi | ||
Fakt | Fakt | % | "+,-" | ||
Neft emalı - cəmi | 637,18 | 3297,14 | 3297,60 | 101,8 | -0,46 |
"H.Əliyev adına" NEZ | 396,49 | 2101,00 | 1590,48 | 100,0 | 510,52 |
Azneftyağ NEZ | 240,69 | 1196,14 | 1707,12 | 132,1 | -510,98 |
Benzin - cəmi | 130,08 | 518,22 | 501,12 | 70,1 | 17,10 |
- avtomobil benzini | 108,72 | 422,26 | 354,29 | 103,4 | 67,97 |
- nafta | 21,36 | 95,96 | 146,83 | 119,2 | -50,87 |
Həmçinin kimya üçün | 21,36 | 95,96 | 116,87 | 65,4 | -20,91 |
Ağ neft KO-20 - cəmi | -0,04 | 7,54 | 18,52 | 82,1 | -10,98 |
"H.Əliyev adına" NEZ | -0,04 | 3,54 | 0,00 | 40,7 | 3,54 |
Azneftyağ NEZ | 0,00 | 4,00 | 18,52 | 0,0 | -14,52 |
Dizel yanacağı - cəmi | 192,98 | 858,86 | 929,90 | 21,6 | -71,04 |
"H.Əliyev adına" NEZ | 111,96 | 498,07 | 429,56 | 92,4 | 68,51 |
Azneftyağ NEZ | 81,02 | 360,79 | 500,34 | 115,9 | -139,55 |
Soba mazutu - cəmi | 141,72 | 1076,23 | 1129,27 | 95,3 | -53,04 |
"H.Əliyev adına" NEZ | 100,49 | 665,70 | 564,25 | 118,0 | 101,45 |
Azneftyağ NEZ | 41,23 | 410,53 | 565,02 | 72,7 | -154,49 |
Sürtkü yağı | 6,60 | 23,52 | 20,45 | 115,0 | 3,07 |
Motor yanacağı DT- cəmi | 2,00 | 16,98 | 30,58 | 55,5 | -13,60 |