...

Gəncədə iki minə yaxın abonentin qazı kəsilib

Energetika Materials 11 İyun 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə iki minə yaxın abonentin qazı kəsilib. Bu barədə bazar ertəsi Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəis müavini Şubay Nəsibov məlumat verib. Onun sözlərinə görə, abonentlərin qazlarının kəsilməsinin əsas səbəbi onların istifadə etdikləri qazın dəyərini ödəməmələridir. Müsahibin sözlərinə görə, abonentlərin idarəyə təxminən 19 mln. 709 min 375 manat borcu var. Onlardan 1 mln. 24 min 43 manatı güzəştli, 18 mln. 537 min 734 manatı isə güzəştsz əhali qrupuna aiddir.

"Qazı kəsilən abonentlər əsasən iki ay istifadə etdiyi qazın dəyərini ödəməyən abonentlərdir. Bundan başqa, həmin abonentlərin debitor borcları da var. Əgər həmin abonentlər borclarının müəyyən hissəsini ödəməsələr, həmin abonentlərə qazın verilişi bərpa olunmayacaq" - deyə Nəsibov əlavə edib.

Ötən ay Gəncədə istehlak olunan qazın dəyərinin 50,2 %-i yığılıb. Aprel ayında isə bu göstərici 46,5 % təşkil edib.

Xəbər lenti

Xəbər lenti