Azərbaycan, Bakı /müx. Trend U.İsmayılova/ ARNDŞ-ın keçmiş prezidenti, hazırda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirib ki, Azərbaycanın neftdən asılılığına son qoymaq üçün tam iqtisadi azadlıq yaratmaq lazımdır. Ölkənin hazırkı iqtisadi vəziyyəti baradə fikir bildirərək o, ölkənin 2006-2010 -cu illər üçün olan tendensiya və təhlükələrini qeyd edib :
Neft istehsalı tempinin yüksək artımı
ÜDM-in artımı
ölkənin yüksək büdcə gəlirləri
büdcə xərclərinin artımı
xarici sərmayələrin kəskin azalması
neft işi ilə məşğul olan insanların sayının azalması
iqtisadiyyatın güclənməsi
real sektorda rəqabətin azalması
islahatların azalması
sosial sahədə xərclərin artımı
dövlət xərclərinin artımıı
Bağırov həmçinin 2010-2030-cu illər üçün olan tendensiya və təhlükələri də qeyd edib:
neft hasilatının azalması
ÜDM-ın azalması
Büdcə gəlirlərinin azalması
ARNDŞ vəsaitlərindən olan xərclərin artımı
Neftin rolunun tədricən ölkə iqtisadiyyatında azalması
Ekspert həmçinin ölkəni onilliyin sonunda gözləyən iki paradoksu da qeyd edib: 40 milyard dollar valyuta ehtiyatları və sosial vəziyyətindən narazı olan çoxsaylı əhali, həmçinin böyük enerji ixracı və onun ölkənin əksər həssəsində qıtlığı.