...

Dövlət Neft Fondu "Şahdəniz" layihəsindən bonus alıb

Energetika Materials 20 İyul 2007 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Şahdəniz" layihəsinin işlənməsi üzrə tərəfdaşlarından 45 milyon dollar həcmində bonus alıb. Bu barədə fondun məlumatında göstərilib.

Sənəddə göstərilib ki, ilk bonusun ödənilməsi Neft Fondunun 2006-cı il büdcəsində nəzərdə tutulsa da, "Şahdəniz" yatağında hasilatın gecikməsi səbəbindən bonus cari ildə ödənilib.

"Sahdəniz" layihəsinin iştirakçıları "BP Exploration Azerbaijan Ltd", "Statoil Azerbaijan A.S", "AzShah Deniz Ltd", "TOTAL E& P Ltd", "LUKOIL OVERSEAS Shah Deniz Ltd", "NICO" və "TPAO" şirkətləridir.

Hazırda yataqda qaz və kondensat hasil olunur. Qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə satılır, kondensat isə yüngül neftlə birgə Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunur.

Xəbər lenti

Xəbər lenti