Azərbaycan, Bakı /müx. Trend V.Şərifov/ AZERI LT FOB Ceyhan-nın iyulun 24-də qiyməti 1 barrel üçün 75,36 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,9 dollar aşağıdır. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətindən məlumat veriblər.
AZERI LT CIF Augusta növünün iyulun 24-də qiyməti 1 barrel üçün 76,27 dollara bərabər olub. Bu isə əvvəlki qiymətdən 1,87 dollar aşağıdır.
Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında çıxarılır. Bu layihədə operator rolunda "BP" şirkəti çıxış edir. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır. APİ üzrə Azeri Light növünün sıxlığı 34,8 dərəcə təşkil edir, kükürdün mövcudluğu isə 0,15 faizə bərabərdir.
İynulun 24-də URAL (EX-NOVO) neftinin qiyməti 1 barrel üçün 71,97 dollar təşkil edib. Bu öncəki qiymətdən 2,05 dollar aşağıdır.
Azərbaycan neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Azeri Light növü daxil olmaqla keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. APİ üzrə URAL neftinin sıxlığı 30,4-31,85 dərəcə təşkil edir, kükürdün mövcudluğu isə 1,8 faizə bərabərdir.
Brent Dated neftinin iyulun 24-nə qiyməti 1 barrel üçün 75,94 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 1,96 dollar aşağıdır. APİ üzrə Brent Dated neftinin sıxlığı 38,3 dərəcə, kükürdün mövcudluğu isə 0,36 faizə bərabərdir