...

Bakıda külək elektrik stansiyasının inşası layihəsi təqdim olunacaq

Energetika Materials 20 Avqust 2007 00:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bu gün Azərbaycanın Energetika və Sənaye Nazirliyində Cənubi Koreyanın STX şirkətinin respublikada külək elektrostansiyasının inşasına dair pilot layihəsinin təqdimatı keçiriləcək. Nazirlikdən verilən məlumata görə, stansiya Azərbaycanın Qaradağ rayonunda inşa ediləcək.

Külək elektrik stansiyasının inşasına dair razılaşma Azərbaycan prezidenti İlham Əliyevin Koreyaya səfəri zamanı əldə olunub.

Xəbər lenti

Xəbər lenti