...

Azərbaycanda MHŞT üzrə altıncı hesabat açıqlanıb

Energetika Materials 29 Avqust 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Mineral ehtiyatların hasilatı sənayesində şəffaflıq təşəbbüsü (MHŞT) üzrə komissiya beynəlxalq auditor şirkəti Moore Stephens tərəfindən hazırlanan Azərbaycanın MHŞT üzrə altıncı hesabatını açıqlayıb. Dövlət Neft Şirkətinin (ARDNŞ) yaydığı hesabat 2006-cı il ərzində ölkənin hasilat sənayesindəki daxilolmaları əhatə edir.

Hesabata əsasən keçən il hökumət neft-qaz sahəsindəki xarci şirkətlərdən 19,036 mln. barel neft və 2 395,461 mln. kubmetr qaz alıb. Şirkətlərin məlumatlarına əsasən isə 21,4 mln. barel neft, 2 208,692 mln. kubmetr qaz verilib. Lakin auditor şirkəti yoxlama apararaq hökumətdən alınan məlumatları təsdiq edib.

Yerli şirkətlərin qaz hasilatında hökumətin payı 7,934 mlrd. kubmetr qaz təşkil edib.

Xarici şirkətlərdən 972,958 mln. manat mənfəət vergisi, tranzit ödəmələri kimi - 14,19 mln. dollar alınıb. Neftin dəyəri 20,156 mln. dollar həcmində göstərilib.

Yerli şirktlərdən royalti vergisi kimi daxil olmalar 169,327 mln. manat səviyyəsində, mənfəət vergisi 29,371 mln. manat, digər vergilər 246,111 mln. manat təşkil edib və daxili və ixrac qimətləri arasında fərqdən 12,491 mln. dollar alınıb.

2006-cı ildə Azərbaycan hökumətinə neft qaz layihələrindən 57,476 mln. dollar və 1 417,767 mln. manat verilib.

Qarşılıqlı anlaşma haqqında memorandumda 25 neft-qaz şirkəti iştirak edir. Memoranduma son olaraq Inpex Azerbaijan, Binəqədi Oil, RAFI Oil və Naftiran Intertrade Co. Limited şirkətləri qoşulublar.

Xəbər lenti

Xəbər lenti