...

"AccessBank" ilə pulunuz daşdan yox, kartdan çıxsın!

Maliyyə Materials 4 Fevral 2019 16:12 (UTC +04:00)
Lotereyada hər ay ölkə üzrə 600 müştərinin hər biri 50 manat qazanmaq imkanı əldə edir.
"AccessBank" ilə pulunuz daşdan yox, kartdan çıxsın!

Bakı. Trend:

Deyirlər ki, pul pulu gətirər. "AccessBank"ın "Visa" və "MasterCard" kart sahibləri Mərkəzi Bankın keçirdiyi "Kartla ödə, kartla qazan" adlı lotereyada iştirak etməklə bir daha bunu sınaqdan keçirə bilərlər.

Bankdan Trend-ə verilən məlumata görə, 2019-cu ilin aprelin 30-dək davam edəcək lotereyada hər ay ölkə üzrə 600 müştərinin hər biri 50 manat qazanmaq imkanı əldə edir.

Bankın POS-terminallarında minimum 5 manat məbləğində aparılan hər bir nağdsız əməliyyat kart istifadəçisinə avtomatik olaraq lotereyada iştirak hüququ və 1 şans qazandırır. Başqa sözlə, daha çox əməliyyat daha çox şans deməkdir. Lotereyada bütün növ ödəniş kartları iştirak edir.

Ətraflı məlumat üçün: https://www.cbar.az/page-133/stimullasdirici-lotereya

Daşdan pul çıxarmağa ehtiyac yoxdur, pulunuzu kartdan çıxarın!

Qeyd edək ki, "Visa" və "MasterCard" kartlarını "AccessBank"ın filiallarından və ya saytından sifariş etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti