Bakı. Trend:
Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin 29 aprel 2019-cu il tarixli qərarı ilə “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası növü üzrə məhdudiyyət aradan qaldırılıb.
Şirkətdən Trend-ə verilən məlumata görə, sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkətinin Məlumat Mərkəzi müştəri məmnuniyyətini üstün tutaraq 24/7 rejimində, Baş ofis və Tənzimləmə ofisi isə nahar fasilələrində də öz müştərilərinə xidmət göstərməkdədir.