Bakı. Eldar Canaşvili - Trend:
Lisenziyaların ləğv olunan banklarda olan ipoteka kreditlərinin ümumi məbləği təxminən 211 milyon manat təşkil edir.
Trend-in məlumatına görə, bunu "NBC Bank" və "AG Bank"ın lisenziyalarının ləğv olunması ilə bağlı keçirilən mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, qeyd olunan kreditlərin taleyi, yəni hansı mövcud banklara yönləndiriləcəyi Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən həll olunacaq.
E.Rüstəmov əlavə edib ki, banklarda olan əmanətlərin böyük hissəsi sığortalanıb, sığortalanmayan əmanətlərin məbləği 3 milyon manatdan çox deyil.