“AccessBank”ın Cəlilabad filialının rəhbəri: Gecə saat 3-də gələn zənglə taleyim dəyişdi (FOTO)

“AccessBank”ın Cəlilabad filialının rəhbəri: Gecə saat 3-də gələn zənglə taleyim dəyişdi (FOTO)

Bakı. Trend:

“AccessBankın simaları” rubrikasında bugünkü həmsöhbətimiz Cəlilabad filialının rəhbəri Vüsal Gözəlovdur.

12 ildir “AccessBank”da işləyirsiz. Banka gəlişiniz təsadüf idi yoxsa zərurət?

2008-ci ilin dekabr ayı idi. Əvvəlki iş yerimdə gecə növbəsindəydim. Saat 3 radələrində dostum zəng etdi, qəzetdə “AccessBank”ın yeni açılacaq Salyan filialına işçi elanını görmüşdü. Düşündüm ki, əksər banklarda olduğu kimi burada da təcrübə tələb olunacaq. Növbəti gün dostum o elanı mənə göstərdikdə təcrübə tələb olunmadığını gördüm. Özümü sınamaq qərarına gəldim. Elə həmin gün CV göndərdim. Tezliklə sınaq imtahanı və müsahibələrə çağırıldım. Beləliklə, yeni ilin yanvar ayında - cəmi 1 ay sonra “AccessBank”da işə başladım. Bir sözlə, gecə saat 3 də dostumun zəngi taleyimi dəyişdi. Məncə həyatda heç bir şey təsadufi deyildir. Zərurətdən axtarışa çıxdığım işin həm bank, həm də doğma rayonumda olması məncə qismətim idi.

Demək qismətə inanırsınız?

Bəli, qismətə inanam insanam. Həyata həmişə belə fikirlə yanaşıram “qismətimdə nə varsa, o da olacaq”. Çünki arzularına doğru inamla addımlayıb, əlindən gələni edəndə nəticə də mükəmməl alınır. Gözəl qismət inam, əzmkarlıq və xoş niyyət tələb edir.

Sizi “AccessBank”ın ən şən filial rəhbəri adlandırmaq olar. Bu qədər işin və məsuliyyətin öhdəsindən gəlib, əhval-ruhiyyənizi necə belə yüksək saxlaya bilirsiniz?

Əvvəla məni ən şən filial rəhbərlərindən biri kimi gördüyünüz üçün təşəkkür edirəm. Yüksək əhval ruhiyyənin ən başlıca meyarı özünü və hisslərini idarə edə bilməkdən başlayır. Hər xırda problem üçün ruhdan düşən deyiləm. Gedişatını dəyişməyəcək hadisələr üçün narahat olmaq mənasızdır. Unutmayaq ki bizi üzən bir şeydən bizə xeyir gəlməz. Pozitiv olmağımın səbəbi hadisələrə nikbin yanaşmağımdır. Çünki məsuliyyət nə qədər ağır, iş nə qədər çox olsa da, ruhdan düşmür, daha da inamla, əzmlə işləyib, ətrafımdakı insanları da bu ruhda motivasiya etməyə çalışıram. Nəticədə nailiyyətlər məni daha da yüksək əhval ruhiyyəyə kökləyir.

Sizi “kreslo” adamı adlandırmaq olar? Ümumiyyətlə, “kreslo”ya münasibətiniz necədir?

Maraqlı sualdır. Ümumiyyətlə, karyera qurmaq istəyən hər bir kəs irəliyə doğru addımladıqca “kreslo”ya sahib olur. Təbii ki, hər kəsin buna münasibəti də fərqlidir. Mənim münasibətim yaxşıdır, amma bir şərtlə ki, o kreslo məni mənliyimdən, səmimiyyətimdən döndərməsin. Həmişə çalışmışam ki, məni vəzifəmə görə deyil, insanlığıma görə tanıyıb, hörmət etsinlər. Bu söhbət mənə Cəlilabad filialına müdir təyin olunduğum ilk iş günlərimi xatırlatdı. Həm mən kollektivə, həm də kollektiv mənə adoptasiya olmalı idi. Bir az tərəddüd edirdik. Amma səmimi və dürüst ünsiyyət sayəsində hər bir əməkdaşın inam və etimadını qazanıb, qısa müddətdə böyük bir ailəyə çevrildik. Bu gözəl ailənin birgə səyi sayəsində mikro və pərakəndə bankçılıq, həmçinin depozit cəlbində filialımız yeni rekordlara imza atdı. Mənim fikrimcə insan nə qədər böyük vəzifə sahibi olsa da, səmimiyyətini qorumalıdır. Bir sözlə, məni tanıyan hər kəs kreslonun məni dəyişmədiyinin şahididir.

Vüsal, Cəlilabad filialından öncə Bankın Salyan filialında mikromaliyyələşdirmənin rəhbəri olmusunuz. Bu iki komanda arasında hansı fərqlər var ?

Əvvəla onu deyə bilərəm ki hər iki komandada işləmək mənim üçün qürurvericidir. Hər iki komandanın prinsipiallığı, zəhmətkeşliyi və əzmi sayəsində birgə bir çox uğurlara nail olmuşuq. Həmişə düşünürdüm ki, doğulub böyüdüyüm rayonumda işləmək işimi asanlaşdırır. Amma Cəlilabad filialında müdir kimi fəaliyyətimə başladıqdan sonra anladım ki, məkan o qədər də önəmli deyil. Əsas peşəni sevəsən, uğur da o zaman səninlə olacaq. Fikrimcə, peşələrini sevənlər işlərini həm daha həvəslə və keyfiyyətli görür, həm də daha çox uğur qazanırlar.

Hər bir rəhbərin öz strategiyası var. Mənim də əsas strategiyam iş yerindən, komandadan asılı olmayaraq, qoyduğum hədəflərə çatmaq, filialdaxili mədəni mühit formalaşdırmaq, həmçinin “mobbing” davranışlarının yaranmasına imkan verməməkdir. Məncə bu strategiya istənilən komandaya uğur gətirir. Fərqli komandalarda işləməyin əsas üstünlüyü isə daha çox dost, yoldaş və təcrübə qazanmaqdır. Həyatıma fərqli çalarlar qatdıqları üçün hər iki komandaya təşəkkür edirəm!

Karantin dönəmi geridə qalır. Koronavirusun öhdəsindən necə gəldiniz?

Pandemiya bank sistemində böyük dəyişiklərə səbəb oldu. Karantin rejimində işləmək, sağlamlığımızı qorumaq çox çətin proses idi. Məsafəli iş rejimində 50-50 işçi heyəti ilə qoyulan planların öhdəsindən bacardığımız qədər gəlməyə çalışdıq. Bu çətin dövrdə Bank və departament rəhbərlərinin dəstəyi bizə böyük motivasiya oldu. Bütün bu çətinliklərə baxmayaraq, komandam peşəkarlığını göstərdi və biz 2020-ci il ərzində tam 3 dəfə Bankın aylıq Pərakəndə bankçılıq və mikrokreditləşdirmə üzrə kuboklarını qazandıq.

Ümumiyyətlə, ötən il bizim üçün düşərli oldu – “AccessBank”ın bütün filialları arasında həm Pərakəndə bankçılıq, həm də Mikro üzrə illik kubok nəticələrində ilk üçlükdə olan iki filialdan biri olduq.

Filial rəhbəri asudə vaxtını necə keçirir?

Asudə vaxtımı daha çox ailəmlə keçirirəm, həftəsonlarında birilikdə səyahət edirik. Ümumiyyətlə, vaxtımı səmərəli keçirməyə üstünlük verirəm: şəxsi və fiziki inkişafım, dünya görüşümü genişləndirmək əsas hədəflərimdir. Amma ən böyük sevgim əlbəttə ki, şahmatdır! Şahmat oynamaq sanki mənim ruhuma qidadır. Kiçik yaşlarımdan sevə-sevə oynadığım şahmatın dünyagörüşümə, inkişafıma verdiyi töhfələr əvəzolunmazdır. Şahmat yaddaşı gücləndirir, fikir cəmləməkdə və hədəfə köklənməkdə yardımçı olur, İQ səviyyəsini artırır. Oyun zamanı qarşılaşdığımız situasiyalardan çıxış yolu axtarır, müxtəlif gedişlər edirik və bu da öz növbəsində problem həlli (“problem solving”) xüsusiyyətimizi daha da inkişaf etdirir. Övladlarıma da şahmat sevgimi aşılaya bilmişəm.

Övladlarınızdan söz düşmüşkən, onların gələcəyini necə görürsünüz?

3 övladım var. Çox xoşbəxt atayam! İş günündən sonra nə qədər yorğun olsam belə, onlara vaxt ayırır, qayğıları ilə maraqlanıram. Böyük oğlum 15 yaşındadır, kompüter və informasiya texnologiyaları üzrə mütəxəssis olmaq fikrindədir. Kreativ ideyaları ilə seçilir. 14 yaşında olan qızımın arzusu həkim olmaqdır və bu adı qazanmaq üçün gecə-gündüz var gücü ilə çalışır. Kiçik oğlum 11 yaşındadır və yaman dəcəldir. Ən böyük arzusu tezliklə böyüyüb məşhur iş adamı olmaq və “Maserati” almaqdır. Həmçinin riyaziyyatı mükəmməl bilir. Gələn ilki riyaziyyat fənn olimpiyadasına hazırlaşır. Valideyn olaraq, biz də övladlarımızı bütün seçimlərində dəstəkləyirik. Çünki öncə də qeyd etdiyim kimi peşəkar, uğurlu iş adamı olmaq birbaşa işini sevməklə əlaqəlidir. Övladlarıma seçdikləri yolda uğurlar, gələcək həyatlarında xoşbəxtlik diləyirəm.

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Loading Bars
Xəbər lenti
Bərdədə 3 avtomobil toqquşdu, iki nəfər ölüb, yaralılar var (FOTO)
İngiltərə Premyer Liqası: "Arsenal "Lester"ə qalib gəldi
Şəmkirdə traktor yanıb
Xocavənd rayonunun Çiraquz kəndi (FOTO/VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb (FOTO)
Alyaskada 5,4 bal gücündə zəlzələ olub
"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı iddiaları barədə açıqlama verib
Füzulidəki yeni aeroportun uçuş eniş zolağının uzunluğu 3 min metr olacaq (VİDEO)
Neftçalada inzibati binada yanğın olub
Azərbaycan Ombudsman institutu İƏT ölkələrinin ombudsman təsisatları üçün təlim-seminar təşkil edib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Prezidentin keçirdiyi mətbuat konfrası ilə Azərbaycanın mövqeləri daha da möhkəmləndi - Ekspert
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir - Leyla Abdullayeva
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib
ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Bütün xəbərlər