...

Yelo Bank tələbələr üçün yay təcrübə proqramını elan edir

Maliyyə Materials 14 İyun 2021 11:11 (UTC +04:00)
Yelo Bank tələbələr üçün yay təcrübə proqramını elan edir

Bakı. Trend:

Yelo Bank bacarıqlı və parlaq peşakarlara üstünlük verdiyi kimi, istedadlı, amma təcrübəsi olmayan gəncləri də düşünərək onlar üçün peşəkar inkişaf imkanları yaratmağa çalışır. Bu məqsədlə, Yelo karyerasını bank sahəsində qurmaq istəyən 3-cü və 4-cü kurs tələbələri üçün yay təcrübə proqramını elan edir.

Tələbələr işgüzar mühitə düşərək yeni biliklər və bacarıqlar əldə etməklə yanaşı, təcrübə proqramını uğurla başa vurduqdan sonra iş imkanı da əldə edə biləcəklər. İş həyatına bank sahəsində başlamaq və aşağıdakı istiqamətlər üzrə təcrübə toplamaq istəyən gənclər müraciət edə bilər:

· Maliyyə

· İnsan kapitalı

· Marketinq (reklam, dizayn)

· Müştəri xidməti

· Əməliyyat/istehlak

· Biznes (mikro kreditlər)

· Keyfiyyətə nəzarət

· Kreditlərin bərpası

· İT, proqramlaşdırma

· Biznes analitika

Qeyd edək ki, ilkin seçimlər zamanı müraciət etmiş namizədlərin CV–lərində özlərini təqdim etmə, CV-nin düzgün qurulması, oxuduqları istiqamət, dil bilikləri və özünüinkişaf, keçdiyi təlimlər, öyrəndikləri kompüter proqramları və s. kimi detallara önəm veriləcək.

Müraciət etmək istəyən tələbələr 20 iyun tarixinədək məktubun başlığında “Summer Challenge 2021” və təcrübə keçmək istədiyi sahəni qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərə bilər. Yerlər məhduddur, bu şansdan yararlanmağa tələsin. Proqrama qoşularaq karyera imkanlarından faydalana və Yelo ailəsinin üzvü ola bilərsiniz.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram hesablarımıza yazın, məmnuniyyətlə cavablandıraq!

Yelo Bank - Parlaq Bankçılıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti