...

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - Dollar dünya birjalarında möhkəmlənməkdə davam edir

Maliyyə Materials 18 İyul 2022 11:08 (UTC +04:00)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - Dollar dünya birjalarında möhkəmlənməkdə davam edir

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Amerikada inflyasiyanın son 41 ilin maksimumlarına yüksəlməsindən sonra FED-in növbəti toplantıda uçot dərəcələrini 1% artıracağı ehtimallarının yüksəlməsi avronun 0.99$-ə qədər ucuzlaşmasına səbəb oldu.Təhlillərə əsasən, hazırda 1.0090 hədlərində mübadilə olunan cütlükdə 1.0060 həddi qırılacağı təqdirdə eniş trendi yenidən sürətlənə bilər.

GBP.

Ötən həftə GBPUSD məzənnəsi də kəskin enişlərlə yadda qaldı. Əgər 1.1860 həddinin altında qala bilsə, funt sterlinqin dollar qarşısında 1.1700 hədlərinə qədər ucuzlaşa biləcəyi proqnozlaşdırılır

Bu həftə ərzində Avrozonada və İngiltərədə açıqlanacaq inflyasiya səviyyəsi, biznes aktivliyinə dair göstəricilər, eləcə də İngiltərədə əmək bazarına dair statistik rəqəmlər diqqət mərkəzində olacaqdır.

TRY.

TCMB ötən həftə reallaşdırdığı intervensiyay baxmayaraq USDTRY məzənnəsində “buğa”lar yenidən üstünlüyü ələ keçiriblər. 17.48TL qırılacağı təqdirdə qiymətin 18.00TL-yə qədər bahalaşması ehtimal olunur. Bu həftə TCMB-nin faiz qərarı da investorlar təfəfindən maraqla gözlənilir.

OIL.

“Brent” nefti ötən həftə 96$-a kimi ucuzlaşsa da buradan dəstək görərək bir qədər bahalaşdı. OİLUK-in bir barel üzrə qiyməti 102$-ın altına düşərsə, yenidən 95$-a kimi ucuzlaşa bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Enişlə başa vurduğu həftənin ardından qızıl 1697$-dan dəstək alaraq yeni həftəyə bir qədər artımla başlayıb. Qiymətli metalın bir unsiya üzrə dəyərinin 1720$-ın üzərində möhkəmlənə bilsə, 1746$-a (56.14$/qram) kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti