...

"Visa" Azərbaycanda qlobal ödəniş alətlərinin işə salınmasının təməlini qoyub - Azərbaycan üzrə menecer

Maliyyə Materials 29 Sentyabr 2022 11:09 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"Visa" 2019-cu ildə Azərbaycanda "Apple Pay" və "Google Pay" kimi həllərin işə salınmasının təməlini qoyub.

Trend-in məlumatına görə, bunu "Visa"nın Azərbaycan üzrə meneceri Nurlan Hacıyev "Azərbaycanda fintex ekosistemi - bu gün və sabah" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görər, tokenləşmənin işə salınması ilə bu qlobal həllərin işə salınması mümkün oldu.

"Biz əmin idik ki, bu, Azərbaycanda "Apple Pay" və "Google Pay"in işə düşməsinə yol açacaq. Bu gün ölkənin bir sıra bankları bunun üzərində işləməyə davam edir. Bundan başqa. biz Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən qatarlara nağdsız bilet satışını işə saldıq. Müvafiq infrastruktur Abşeron dairəvi dəmir yolunun 14 stansiyasında quraşdırılıb. Bu təşəbbüsü digər marşrutlar üzrə genişləndirmək planlaşdırılır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti