...

Əmanətlərin Sığortalanması Fondu bir neçə hərrac keçirəcək

Maliyyə Materials 8 Dekabr 2022 12:54 (UTC +04:00)
Əmanətlərin Sığortalanması Fondu bir neçə hərrac keçirəcək

Trend-i buradan izləyin

Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 28-də Bakı Hərrac Mərkəzində “NBCBank” ASC, “AGBank” ASC, “Atabank” ASC, “Zaminbank” ASC-nin daşınar əmlakı və “Texnikabank” ASC-nin ləğv prosesində olan daşınmaz əmlakı hərraca çıxarılacaq.

Trend bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.

Hərraca “NBCBank”a məxsus seyf (ilkin qiymət 1800 manat), “AGBank” İT avadanlıqları (ilkin qiymət 2505 manat), “Atabank” İT avadanlıqları (ilkin qiymət 1690 manat), “Zaminbank” İT avadanlıqları çıxarılıb”( ilkin dəyəri 2625 manat) və Quba rayonu, Aşağı Xuc kəndində yerləşən ümumi sahəsi 2,397262 hektar (ilkin dəyəri 15000 manat) olan torpaq sahəsi çıxarılacaq.

Hərracın təşkilatçısı satış qiymətinin beş faizini ödəməlidir. Alış qiyməti yeddi təqvim günü ərzində alıcı tərəfindən ödənilməlidir.

Hərracda iştirak etmək istəyənlər lazımi sənədləri Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi, 27 ünvanına təqdim edə bilərlər.

Əlavə məlumat üçün telefon: (+99455) 206-66-67.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti