...

Azərbaycanda banklarda əmanətlərin faiz dərəcələrində artım gözlənilmir

Maliyyə Materials 10 Fevral 2023 20:11 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda banklarda əmanətlərin faiz dərəcələrində artım gözlənilmir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” konfransında deyib.

Lakin o bəzi bankların depozitlər üzrə vergi güzəştlərinin müddətinin bitməsi ilə əlaqədar olaraq bu dərəcəni qaldıra biləcəyini qeyd edib.

Nuriyev bunun faiz dərəcəsində bir faizədək artıma səbəb olacağını hesab edir.

Xatırladaq ki, 2016-cı ildə Dövlət Vergi Xidməti tərəfindən əmanətlər üzrə gəlirin 7 il müddətinə vergidən azad olunması haqqında qanun qəbul edilmişdi. Lakin 2023-cü il fevralın 1-də bu müddət bitib. Bundan sonra əmanətin bütün həcmi deyil, yalnız gəlir məbləği vergiyə cəlb ediləcək.

Xəbər lenti

Xəbər lenti