...

AİB Azərbaycanın inflyasiya proqnozlarını açıqladı

Maliyyə Materials 20 Sentyabr 2023 11:23 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) 2023-cü ildə Azərbaycanda orta illik inflyasiyanın 10 faiz olacağını proqnozlaşdırır.

Trend xəbər verir ki, bankın məlumatlarına əsasən, 2024-cü ildə Azərbaycanda inflyasiya 8,5 faiz olacaq.

Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında ötən ilin analoji dövrü ilə müqayisədə 11,7 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, qida, içki və tütün məhsullarının qiymətləri 13,4 faiz artıb. Qeyri-ərzaq məhsulları 10,6 faiz, əhaliyə ödənişli xidmət isə 10,2 faiz bahalaşıb.

2023-cü ilin avqustunda Azərbaycanda istehlakçı qiymətlərinin indeksi öncəki ayla müqayisədə 0,4 faiz azalıb, ötən ilin analoji ayı ilə müqayisədə isə 8 faiz artıb.

Qeyd edək ki, "Fitch Ratings" Azərbaycanda inflyasiya səviyyəsinin azalacağını proqnozlaşdırıb. Belə ki, 2023-cü ildə Azərbaycan inflyasiya səviyyəsinin 10,1 faiz səviyyəsində olacağı, 2024-cü ildə isə 6 faizədək azalacağı gözlənilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti